Elnur Məmmədov - Yenə Yaz Gələcək Songtexte

Songtexte Yenə Yaz Gələcək - Elnur Məmmədov




Bu xəzan bitəcək
İnan, gün gələr
Dağlar, dərələr
Açar gül-çiçək
Yenə yaz gələcək
Son ayrılıq salan
Bizi soyudan
Qar əriyəcək
Dözsən bir az da
Yenə yaz gələcək
Sevda mövsümü
Durnalarla qayıdacaq yenə
Hər şeyə dözən sevgiləri
Oyadacaq yenə
Səni görüb mən yenidən
Könül verəcəyəm
Bir kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bu duman çəkilər
İnan, gün gələr
Bizi ayıran qara şübhələr
Yox olar kölgələr
Sən yazı gözləmə
Gəlsin, gəlməsin
İnan sevgiyə, sənin qəlbində
Tək ümid ölməsin
Sevda mövsümü
Durnalarla qayıdacaq yenə
Hər şeyə dözən sevgiləri
Oyadacaq yenə
Səni görüb mən yenidən
Könül verəcəm
Bir kimsəm yox səndən başqa
Səni sevəcəyəm
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bu payızı yıxa bilsək
Yenə yaz gələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək
Bircə qışdan çıxa bilsək
Hər şey düzələcək



Autor(en): Baba Vəziroğlu, Kamal Kamal


Elnur Məmmədov - Sən Elə Bir Zirvəsən
Album Sən Elə Bir Zirvəsən
Veröffentlichungsdatum
29-08-2014




Attention! Feel free to leave feedback.