Lyrics Əbədi Qonağın Olacam Sənin - Gələcəm - Elmira Rəhimova
Həsrət yollarını keçib gələcəm
İsti nəfəsini duymağa sənin
Bir gün də sakitcə köçüb yanına
Əbədi qonağın olacam sənin
Bir gün də sakitcə köçüb yanına
Əbədi qonağın olacam sənin
Gələcəm, mənalı gözünə baxam
Gələcəm, yaş olam, üzünə axam
Gələcəm, mənalı gözünə baxam
Gələcəm, yaş olam, üzünə axam
Gələcəm, görəsən, necə təkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Gələcəm, görəsən, necə təkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Sən məni özünlə aparmasan da
Mən hər gün yanına yol gələcəyəm
Sənin torpağına qovuşmaq üçün
Öz qara bəxtimə güvənəcəyəm
Sənin torpağına qovuşmaq üçün
Öz qara bəxtimə güvənəcəyəm
Gələcəm, mənalı gözünə baxam
Gələcəm, yaş olam, üzünə axam
Gələcəm, mənalı gözünə baxam
Gələcəm, yaş olam, üzünə axam
Gələcəm, görəsən, necə təkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Gələcəm, görəsən, necə təkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Keçən günlərimin səadətini
Qartal vüqarının əzəmətini
Bir də dünya boyda məhəbbətini
Ölüncə müqəddəs and biləcəyəm
Bir də dünya boyda məhəbbətini
Ölüncə müqəddəs and biləcəyəm
Gələcəm, mənalı gözünə baxam
Gələcəm, yaş olam, üzünə axam
Gələcəm, mənalı gözünə baxam
Gələcəm, yaş olam, üzünə axam
Gələcəm, görəsən, necə təkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Gələcəm, görəsən, necə təkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Biləsən, mən sənsiz nələr çəkmişəm
Biləsən, mən sənsiz, mən sənsiz nələr çəkmişəm

Attention! Feel free to leave feedback.