Lyrics ''Alma Almaya Bənzər'' Filmindən Mahnı - Flora Kərimova
Ömür keçir, gün keçir
Hər gün ömürdən keçir
Ömürdən hər gün keçir
Möcüzələr, nağıllar
Günəşin hər telindən
Yeddi rəng alan səhər
Hər rəngi, hər çaları
Min rəngə çalan səhər
Möcüzədir, nağıldır
Qızıl, xəzan yağışı
Yarpaqların naxışı
Yol üstdə yol gözləyən
Bir gözəlin baxışı
Möcüzədir, nağıldır
Bu dünya bir möcüzə
Hər ömür bir nağıldır

Attention! Feel free to leave feedback.