Flora Kərimova - Pərişanın Mahnısı - "Böyük Dayaq" Filmindən Lyrics

Lyrics Pərişanın Mahnısı - "Böyük Dayaq" Filmindən - Flora Kərimova




Gündüz getdi, gecə gəldi, görmədim
Rahat olmur nədən belə ürəyim?
Gah darıxır, gah sevinir
Sinəmdə bülbül kimi dilə gəlir ürəyim
Gah darıxır, gah sevinir
Sinəmdə bülbül kimi dilə gəlir ürəyim
Dilə gəlir ürəyim
Pəncərəmdən göz eyləyir ulduzlar
Mənə bəlkə onların da sözü var?
Gah danışır, gah eşidir
Sinəmdə bülbül kimi dilə gəlir ürəyim
Gah danışır, gah eşidir
Sinəmdə bülbül kimi dilə gəlir ürəyim
Dilə gəlir ürəyim
Bulud ötdü, ay dolandı otaqda
Göy yarpaqlar pıçılayır budaqda
Gah dayanır, gah döyünür
Sinəmdə bülbül kimi dilə gəlir ürəyim
Gah dayanır, gah döyünür
Sinəmdə bülbül kimi dilə gəlir ürəyim
Dilə gəlir ürəyim
Dilə gəlir ürəyim
Dilə gəlir ürəyim





Attention! Feel free to leave feedback.