Lyrics Sevgi Mahnısı (feat. Cavan Zeynallı) ["Yollar Görüşəndə" Filmindən] - Flora Kərimova
Mən səni sevəndən qorxaq olmuşam
Özüm də özümə çətin sualam
Büllur oyuncaqlı uşaq olmuşam
Qorxuram, büdrəyəm, əlimdən salam
Sevgilim, sən mənə könül açdıqca
Hicranın indidən lap üzür məni
Xoşbəxtlik mənə çox yaxınlaşdıqca
Bədbəxtlik daha çox qorxudur məni
Sevgilim, sən mənə könül açdıqca
Hicranın indidən lap üzür məni
Xoşbəxtlik mənə çox yaxınlaşdıqca
Bədbəxtlik daha çox qorxudur məni
Hər şirin çağların acı anı var
Bizim o anımız əvvəl gələydi
Hər sakit dənizin bir tufanı var
Bizim tufanımız əvvəl gələydi
Sevgilim, sən mənə könül açdıqca
Hicranın indidən lap üzür məni
Xoşbəxtlik mənə çox yaxınlaşdıqca
Bədbəxtlik daha çox qorxudur məni
Sevgilim, sən mənə könül açdıqca
Hicranın indidən lap üzür məni
Xoşbəxtlik mənə çox yaxınlaşdıqca
Bədbəxtlik daha çox qorxudur məni

Attention! Feel free to leave feedback.