Aygün Bəylər - Özün Günahkarsan - Live paroles de chanson
Aygün Bəylər Özün Günahkarsan - Live

Özün Günahkarsan - Live

Aygün Bəylər


paroles de chanson Özün Günahkarsan - Live - Aygün Bəylər




İllər boyu həsrətimi duymaz oldun
İllər boyu kədərimi bölmədin
Çox vaxt güldüm ağlayaraq için-için
Bircə sözlə göz yaşımı silmədin
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən məni bir otaqda itirmisən
Bəs bilmirdin, həsrətinlə ürəyimə
Həsrətinin əvəzinə daş asırsan?
Bəs bilmirdin, özün mənə yad olduqca
Mənimçün yavaş-yavaş yadlaşırsan?
Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən məni bir otaqda itirmisən
Yad baxışlar dikilibdir gözlərinə
Sənsə mənə peşman qəlb gətirmisən
Necə verim sabahımı, necə sənə?
Sən ki mənim dünənimi itirmisən
deyim, nə? Bir ümmandın mənim üçün
Heç xəbərin olubmu, de, ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən
Bəs bilmirdin, bəs duymurdun bu gününü
Bir gün yenə bu ocağa dönəcəksən?
Bəs bilmirdin, dodaqlarda alışanda
Mənim üçün ürəyimdə sönəcəksən?
deyim, nə? Günahını qaytar mənə
Ürəyimdə yanar bir od söndürmüsən
Damla kimi yaşadıqca özgə qəlbdə
Gözlərimdən damla-damla süzülmüsən sən



Writer(s): Kamal Kamal, Kemale Abiyeva


Attention! N'hésitez pas à laisser des commentaires.