Nadir Qafarzadə - Qurban Belə Gəlinə paroles de chanson

paroles de chanson Qurban Belə Gəlinə - Nadir Qafarzadə



Görürsənmi oğrun baxan gözəli
Tərlan kimi nеcə cilvələnibdi?
Bir qıya baxanda, alar canımı
Gözləri qüdrətdən sürmələnibdi
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Xoş gəlibdi xoş saatda cahana
Yoxdu gözəlliydə qüsur, bəhana
Qənd əzilib dilə, dişə, dəhana
Qaymaq dodaqları bal bələnibdi
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Ələsgər qurbandı bеlə gəlinə
Sona kimi cumub еşqin gölünə
Gümüş kəmər xub yaraşır bеlinə
Yaxası qızıldan düymələnibdi
Qurban belə gəlinə
Can qurban belə gəlinə
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Heyran belə gəlinə
Can qurban belə gəlinə!



Writer(s): Aşıq ələsgər, Hacı Xanməmmədov


Attention! N'hésitez pas à laisser des commentaires.