Talib Tale - Darıxmış paroles de chanson

paroles de chanson Darıxmış - Talib Tale



Bu gecə yuxular ərşə çəkildi
Qəlbimi titrədən sevgi zəngi gəldi
Bu necə duyğulu bu necə gözəldir
O məni, məni aramış
O gələ bilmədi eşqin müjdəsindən
çox şeylər anladım o susqun səsindən
Bildim həm iniltisi həm kövrək nəfəsindən
Necə dolub ağlamış,
Necə dolub ağlamış
O məni bu gecə yadına salmış
Yorğunca, solğunca xəyalıma dalmış
Dolmuş o gözləri yanağlar islanmış
Bilirəm darıxmış, mənim üçün darıxmış
O məni bu gecə yadına salmış
Yolğunca solğunca fikrimə salmış
Bir gizli nömrədən o məni aramış
Mənim üçün darıxmış
Mənim üçün darıxmış




Talib Tale - Darıxmış
Album Darıxmış
date de sortie
22-01-2015





Attention! N'hésitez pas à laisser des commentaires.