Aslixan - Yalnızlar Lyrics

Lyrics Yalnızlar - Aslixan



İlk öncə təbəssüm gülüş
Sonra gül al, hədiyyə elə, get tələsik görüş
Bele bir-üç-beş davam edər
Sonra bir gün gəlib dəyər bura qədər (ha)
Dağıdarsan qurduğun o xəyal evlərini
bir il sonra eşidərsən evləniblər
O vaxt "hər şeyinəm" deyən "heç nəyin" olur
Bu da tək səni acıdan gerçəyin olur
Var ayrılığa bir sıra bəhanələr
Sən gecə otur, ağla sabaha qədər
Əşi boş ver, hər şey yolunda gedir
O dəyişib həyatını, onun qoluna girir
Heç tanımadan bilmədən gözlə yarı
Amma bilə-bilə ki bu adam özgəyə yar
Ona sərf edər, hamı bir səhv edər
Deyib qancığın biri gəlib bir adamı məhv edər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
Çıx get, geridə qoy
Amma götürdüyün qəlbi yerinə qoy
Get, sil, getsin bu yaddaşım
Onsuz get-gedə getdikcə yadlaşırıq
O əvvəlki sevgilər indi hardadır?
Kimə baxsan elə hamı aldadır
Deyin, günah hansı yardadır ki
Gedilən yollar hamısı yarıdadır?
Əl çatmaz hislər gələnə qədər
Ya da qədrini bilməzlər gedənə qədər
Var hələ qədər, mən bu günə qədər
Heç sevgini görmədim ölənə qədər
Bu ağrını tək çəkən deyil o yar
Öncə söz verər, o sonra tək qoyar
Ona da sərf edər, hamı səhv edər
Deyib əclafın biri gəlib bir qadını məhv edər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər




Aslixan - Brend
Album Brend
date of release
06-03-2019




Attention! Feel free to leave feedback.