Manana Japaridze - Neyləyim Lyrics

Lyrics Neyləyim - Manana Japaridze



Sevgimiz elə pərişan
Bilmirəm, neyləyim?
Bir acı həsrət kimiyəm
Neyləyim, neyləyim?
Dərdimə dərman gəzirəm
Ey təbib, neyləyim?
Yalqızam, pünhan gəzirəm
Neyləyim, neyləyim, neyləyim?
Neyləyim, neyləyim, neyləyim?
Ürəyim sevir, "dərdə döz" deyir
Darıxır könlüm, neyləyim?
Sitəmdir sevmək, yox ümid, kömək
Düşürsən yada, neyləyim?
Ürəyim sevir, "dərdə döz" deyir
Darıxır könlüm, neyləyim?
Sitəmdir sevmək, yox ümid, kömək
Düşürsən yada, neyləyim?
Dünyada qala bilmirəm
Çətindir sevməyim
Qismətim belə yazılıb
Neyləyim, neyləyim?
Bəxtimə düşən yazıdır
Qəribdir gülməyim
Dərdlərim məndən razıdır
Bəs axı neyləyim?
Neyləyim, neyləyim, neyləyim, neyləyim?
Ürəyim sevir, "dərdə döz" deyir
Darıxır könlüm, neyləyim?
Sitəmdir sevmək, yox ümid, kömək
Düşürsən yada, neyləyim?
Ürəyim sevir, "dərdə döz" deyir
Darıxır könlüm, neyləyim?
Sitəmdir sevmək, yox ümid, kömək
Düşürsən yada, neyləyim?
Düşürsən yada, neyləyim?
Neyləyim?
Ürəyim sevir, "dərdə döz" deyir
Darıxır könlüm, neyləyim?
Sitəmdir sevmək, yox ümid, kömək
Düşürsən yada, neyləyim?
Ürəyim sevir, "dərdə döz" deyir
Darıxır könlüm, neyləyim?
Sitəmdir sevmək, yox ümid, kömək
Düşürsən yada, neyləyim?
Düşürsən yada, neyləyim?



Writer(s): Eldar Mansurov, Münəvvər Mənsurova



Attention! Feel free to leave feedback.