Miri Yusif feat. Roya - #Səndən1Dənədir Lyrics

Lyrics #Səndən1Dənədir - Miri Yusif feat. Roya



Görəsən məndən neçə dənədir?
Biri yerdə biri göydədir.
Biri xoşbəxt biri dərddədir,
Biri itkin biri dəbdədir.
De görüm məndən neçə dənədir?
Biri qəmgin, biri təntənədir.
Biri ölmüş, biri ürəkdədir,
Biri yerdə, biri səhnədədir.
Kim bilir, məndən neçə dənədir?
Biri səssiz, biri nəğmədədir.
Biri bəmdə (oo), biri zildədir,
Biri geridə biri öndədir.
Biri şərqdə, biri qərbdə,
Biri cənub, biri şimalda.
Sanki məndən min dənədir,
Yalnız səndən bir dənədir.
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.
Görəsən məndən neçə dənədir?
Biri parlaq, biri kölgədədir.
Biri düzgün, biri döngədədir,
Biri üzgün biri kefdədir.
De görüm məndən neçə dənədir?
Biri susqun, biri deyingəndir.
Biri sükut, biri müharibədir,
Biri Segah, biri Tərəkəmədir.
Kim bilir məndən neçə dənədir?
Biri sakit, biri zəlzələdir.
Biri sillə biri zərbədir,
Biri təptəzə biri köhnədir.
Nədir, nədir, nədir, nədir, nədir?
Biri el biri əbədi,
Sanki məndən min dənədir,
Yalnız səndən bir dənədir.
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.
Bil ki səndən bir dənədir,
Bil ki səndən bir dənədir.
Hamı bir yerdə ouo ouo ouo
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.
Bil ki səndən bir dənədir,
Bir dənədir, bir dənədir.
Sən mənim bir dənəmsən,
Bir dənəm.



Writer(s): Kamil Ehmedbeyli, Tural əliyev


Miri Yusif feat. Roya - Rast Aman (vol.1)
Album Rast Aman (vol.1)
date of release
18-02-2017



Attention! Feel free to leave feedback.