Namiq Qaracuxurlu - Deyirlər Qar Yağacaq Lyrics

Lyrics Deyirlər Qar Yağacaq - Namiq Qaracuxurlu



Bura bilməm haradır
Səması qapqaradır
Aman Allah bu nədir
Mənə qorxu yaradır
Bura bilməm haradır
Səması qapqaradır
Aman Allah bu nədir
Mənə qorxu yaradır
Burda qaldıqca qəlbi incidirəm
Bu yeri birdəfəlik tərk edirəm
Burda qaldıqca qəlbi incidirəm
Bu yeri birdəfəlik tərk edirəm
Gedirəm bilməm hara mən gedirəm
Getdiyim yol ya yaxındır ya uzaq
Yenə qış gəldi qonaq
Yenə yanmır bir ocaq
Yenə bumbuzdur otaq
Yenə ruhum donacaq
Yenə qış gəldi qonaq
Yenə yanmır bir ocaq
Yenə bumbuzdur otaq
Yenə ruhum donacaq
Deyirlər qar yağacaq
Həyatda qüssə kədər
Çəkirəm var qədər
Bu gözəl çağlarımı
Eləsəm mən hədər
Həyatda qüssə kədər
Çəkirəm var qədər
Bu gözəl çağlarımı
Eləsəm mən hədər
Ümidi xoş günümə bağlamışam
Arxayınlıqla coşub çağlamışam
Ümidi xoş günümə bağlamışam
Arxayınlıqla coşub çağlamışam
Qəlbimi buz kimi mən saxlamışam
Ora da məskən edib şaxta sazaq
Yenə qış gəldi qonaq
Yenə yanmır bir ocaq
Yenə bumbuzdur otaq
Yenə ruhum donacaq
Yenə qış gəldi qonaq
Yenə yanmır bir ocaq
Yenə bumbuzdur otaq
Yenə ruhum donacaq
Deyirlər qar yağacaq
Yetəcəkdir elə an
Gələcək fəsli xəzan
Xeyli vaxtından əzəl
Düşəcək şaxta boran
Yetəcəkdir elə an
Gələcək fəsli xəzan
Xeyli vaxtından əzəl
Düşəcək şaxta boran
Qar yağıb göy çəməni gizlədəcək
Tər gülü yasəməni gizlədəcək
Qar yağıb göy çəməni gizlədəcək
Tər gülü yasəməni gizlədəcək
Birgə onlarla məni gizlədəcək
Edəcək görməli yerlərdə soraq
Yenə qış gəldi qonaq
Yenə yanmır bir ocaq
Yenə bumbuzdur otaq
Yenə ruhum donacaq
Yenə qış gəldi qonaq
Yenə yanmır bir ocaq
Yenə bumbuzdur otaq
Yenə ruhum donacaq
Yenə ruhum donacaq
Deyirlər qar yağacaq




Namiq Qaracuxurlu - Yeriniz Məlum
Album Yeriniz Məlum
date of release
01-01-2018




Attention! Feel free to leave feedback.