Nazryn - Sənlə Olmaz Ki Lyrics

Lyrics Sənlə Olmaz Ki - Nazryn



Bilmirəm neçə hissəyə bölünəcəm
o var, limanım
Bilmirəm mənə xəbər gətirəcək
Yoxdur ki, heç inamım.
Səhv olub həyatında qalmağım
Sətirləri tək ona yazmağım
Doğrusu dəftəri bağlamağım
Bu da ötüb keçəcək
Mən qürurumdan bu gün çöksəm
Məni silmən daha asan
Varmı mənim kimisi
Səni sevən birisi?
Gəlməsin heç gerisi
Bu necə bir ağrıdır? Sarsıdır...
Danışmasaq bunu biz?
De mənə yalnızca "Siz"
Olmaz ki, biz ikimiz
Onsuz həyat qarşıdır
Mənə qarşıdır
Bilmirəm bu sözlərimin faydası
Onsuzda uduzuram
Sənə etirazlarımın sonrası
Tək günahkar mən oluram
Mənim gəmim batır
Mənim könlüm yatır
Hiss edirəm, o, məni aldadır
Başqası yanında qəlbi yanır
Deyirlər, yanılıram
Kaş, daha öncə bunu bilsəm
Səni silməm daha asan
Varmı mənim kimisi
Səni sevən birisi?
Gəlməsin heç gerisi
Bu necə bir ağrıdır? Sarsıdır...
Danışmasaq bunu biz?
De mənə yalnızca "Siz"
Olmaz ki, biz ikimiz
Onsuz həyat qarşıdır
Mənə qarşıdır.
(Varmı mənim kimisi)
(Səni sevən birisi?)
(Varmı mənim kimisi)
(Səni sevən birisi?)
Yoxdur mənim kimisi!



Writer(s): Nəzrin Vəlizadə


Nazryn - Sənlə Olmaz Ki
Album Sənlə Olmaz Ki
date of release
22-11-2019




Attention! Feel free to leave feedback.