Orkhan Zeynalli feat. Roya Miriyeva - Aid Vecsiz Lyrics

Lyrics Aid Vecsiz - Orkhan Zeynalli feat. Roya Miriyeva



Yenə həmin səs, 2007-dən bu günə
Mənlə bir keçdi neçə gənc növbəti yaş həddinə
Qəhrəmanlar var idi ki, öldülər gözümün önündə
Səhvləri axtardım ancaq özümdə, öz əməlimdə
Birgə bir yol cızdıq, bu yolu az adam gedə bilər
"Bir H.O.S.T-çunun həyatı"ndan "Torpaqdan Ev"ə qədər
Hər bir ötən nağıl, yenisinə mövzu verir
Mənim nağlımı təsvir edib illər öncə Ekzüperi
Məni dinləyən sonradan bəlkə tanımır həmin Orxanı
AiD "Vecsiz" vaxtların, "Karusel"i oxuyan oğlanı
Gah saçlar tam qısa, bəzən "ободок" başda
Yaşıyıb Da Vinçi qədər, yoxsa öləcəm Van Qoq yaşda?
Biz gəlib-gedirik, dəyişir adlar, gəlir yeni nəsil
Mən heç vaxt qarşı deyiləm ki, musiqi yenilənsin
Bu sürətə çatmaqçün olmaq gərək "Sonic" adam
Bilirəm, dinləyirsən məni arada sən bezib elektronikadan
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Qəribə insanam, repdən gedirəm dediyim
Günün səhərisi başlayıram "beat" toplayıb
Yeni albom yazmağa
Gah aylarla səhifələrim bağlı, gah yenidən aktiv
Nəbzimin üstündəki simvolikadır, deyil interaktiv
3 il ara verib, bir hit buraxıb girirəm toplist-ə
Bilirsən avanturistəm, bu səyahətdə avam turistəm
Gəzirəm plansız, xəritəsiz, bir gün elə, bir gün belə
Tipik əkizlər bürcündən çətin bir adam yol istər
Bu "beat" plagiat deyil, "rest in peace" "2 Pac - Thugs Cry"
Bütün əfsanələrin şərəfinə qaldırılan qədəh bu
YouTube-da "description" bölməsinə yazılası mətni
Qafiyələndirib trekinə sala biləcək qədər "cool"
Mən heç bilmirəm necə John Snow
Shake that ass, dip it low
Bitch please, forget about Dre, Nas is like, lay low
Mən pis insan, pis sevgili, pis dostam
Amma ki, ildə bir dənə super hit
Atıram Bakıya "East Coast"dan
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma pis içim
Vaxt tez keçir, vaxt tez keçir
Gec-gec süzürəm, amma tez içir
Məni tanıyırsan mahnılardan
Mahnılarım zor, amma içim zordur
You... 2021, ilk trek, bəlkə son trek
Bilmirəm, nəysə... Baxarıq



Writer(s): Deejay Cvince, Orxan Zeynallı


Orkhan Zeynalli feat. Roya Miriyeva - Aid Vecsiz
Album Aid Vecsiz
date of release
04-02-2021



Attention! Feel free to leave feedback.