Orkhan Zeynalli feat. Nazrin & Nazryn - Atalar Və Oğullar Lyrics

Lyrics Atalar Və Oğullar - Orkhan Zeynalli , Nazryn



Salam oğul, çoxdandır görüşmürük,
Çayın soyumamış götür, verim şəkər yoxsa qənd?
Buranın havası yəqin biraz ağır sənə
Bir iki gün qal, sonra düzünü de şəhər yoxsa kənd?
Burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni,
Səmimi de: Dadmısan heç burada zəhər yoxsa qəm?
Bir qarış çörək, ən əsası halal zəhmətlə,
Hər bir qonşu, qohum adımı çəkir hörmətlə.
Sənin atan olmaq ayağıma uzun yorğan elə bil
İnan çox qaldım şərəf, pul, seçim arasında
Bəlkə düz deyirdin, bəlkə doğurdan elədi
Yəqin mənəm günahkar ki, oğlum yetim anasından.
Bu əllər bilmir nədir oğurluq, nədir namərd hərəkəti,
Amma səni hər ehtiyac içində görəndə qanadım əyilir.
Qiblə adlandırdığım qazancların yox bərəkəti,
Sanki o Kişinin şəkli ilə bir getdi manatın dəyəri
Sabahı düşün, oğul necə bir nəsil yetişər
Bu günkü gəncliyin xəmirini pul yoğursa
Cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad,
Atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Bağışla, mən böyüdüm...
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Bağışla, mən böyüdüm...
Salam ata, görməyəli heç dəyişmədin
Çayım qoy soyusun, isti günlər xatirəsinə
Başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd
Həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd.
Böyütdün razıyam, amma öyrətmədin məğzi ki,
Bu dünyada gözdən sala bilər hamını bir səhv.
Öyrətmədin əsas qanunu, əsas dərsi ki,
Bu həyatda ya sən, ya səni ya da hamını kimsə
Halal zəhmət, pul niyə? Cənnətə getmək üçün
Başqaları yığır altına, cənnətini tikmək üçün.
Vitrində oyuncağa baxan övladın yanında sıxılmaq
Ədalət boş şeydi, yoxsa yanında sıfırlar.
Bu dörd divardan kənardakı hörmət gərəksizdi
Əgər bu dörd divarın içində həyat yerlə yeksan.
Düzünü de çirkli pulla xəstə anamı xilas etmək?
Yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan?
Bəlkə demək asan, bilirəm sənə çətindi
Niyə isə yaxşı insan olmağı sənətə çevirdin.
Həyatın sahibi olmaq, içim alışıb onla indi
Eybi yox, deməsinlər gedəndən sonra "heyif yaxşı oğlan idi".
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Bağışla, mən böyüdüm...
Sənin əlin əlimdədi, sənə hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Sənin əlin əlimdədi, sənə olan hissim dərindədi
Amma burax əlimi, buradan tək gedirəm, ata.
Bağışla, mən böyüdüm...



Writer(s): Clavis Onthe Track


Orkhan Zeynalli feat. Nazrin & Nazryn - Atalar Və Oğullar
Album Atalar Və Oğullar
date of release
09-10-2019




Attention! Feel free to leave feedback.