Tofig Hajiyev - Vetenden Pay Olmayir Lyrics

Lyrics Vetenden Pay Olmayir - Tofig Hajiyev



Söz: Cabir Novruz
Mus: Faiq Sücəddinov
1.Bənd
Vətəni sevmək azdır,
Onu qoruman gərək.
Vətənim demək azdır,
Vətənin olman gərək
Onun adi torpağı,
Ruhdan, candan irəli...
O, atandan qabaqdır,
O, anandan irəli...
Bilir ərlər, ərənlər
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır
2.Bənd
Övlad gərək vətənə,
Vətəndir yol deyirlər...
Ona qurban gedənə
Əsl oğul deyirlər...
O əbədi namus, ar,
O əbədi qoruqdur.
Ürkək quş kimi uçar -
Onu əldən buraxdın...
Onun adi torpağı,
Ruhdan, candan irəli...
O, atandan qabaqdır,
O, anandan irəli...
Bilir ərlər, ərənlər
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır



Writer(s): T Age Entertainment


Tofig Hajiyev - Vetenden Pay Olmayir
Album Vetenden Pay Olmayir
date of release
02-10-2018




Attention! Feel free to leave feedback.