Ədalət Şükürov - Dedin Yox Lyrics

Lyrics Dedin Yox - Ədalət Şükürov



Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin "yox"
Mən dedim: "Günəş sarıdır", sən dedin: "Qara"
Mən dedim: "Qışda gəzərkən iz düşər qara"
Dedin "yox"
Dedim: "Mən səni tək qalmağa qoymayacağam"
"Səni tərk edib başqasıyla olmayacağam"
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox", dedin "yox"
Mən dedim: "Fəsil dəyişir keçəndə aylar"
Dedim: "Bir ilin içində 12 ay var"
Dedin "yox"
Mən dedim: "Yumsan gözünü düşər qaranlıq"
"Yum gözünü məni düşün, düşün bir anlıq"
Dedin "yox"
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm səni, indi məcburam gedəcəyəm
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox", dedin "yox"
Mən dedim: "Bu davranışdır könlümü üzən"
Gəlmişəm qəti qərara, getməliyəm mən
Dedin "yox"
Mən dedim: "Quşlar uçarkən qanad açarlar"
Mən dedim: "Ulduzlar göydə işıq saçırlar"
Dedin "yox"
Dedim: "Mən səni tək qalmağa qoymayacağam"
"Səni tərk edib başqasıyla olmayacağam"
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox"
Mən dedim: "Bu məhəbbətin axırı yoxdur"
"İkimiz üzülürük, əzabı çoxdur"
Dedin "yox"
Dayandıq nəfəs nəfəsə, yaşardı gözüm
Titrəyə titrəyə dedim bir kəlmə sözü
Dedin "yox"
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm səni, indi məcburam gedəcəyəm
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox", "yox"!



Writer(s): ədalət şükürov, Ikram əliyev


Ədalət Şükürov - Dedin Yox
Album Dedin Yox
date of release
22-12-2021




Attention! Feel free to leave feedback.