Damla - Popuri paroles de chanson

paroles de chanson Popuri - Damla



Gör bir nələr
Gör bir nələr eylədin eylədin
Ürəyimlə,ürəyimlə oynadın oynadın
Mənə yalan söylədin söylədin
Mənim ala ala göz yarım
Mənim ala ala göz yarım
Mənə yalan söylədin söylədin
Mənim ala ala göz yarım
Mənim ala ala göz yarım
Səni sevdiyimi mən hardan bilim
Gəl onu qəlbimin gözündən soruş
Səni sevdiyimi mən hardan bilim
Gəl onu qəlbimin gözündən soruş
Kölgədək arxanca süründüm hər gün
Mənə inanmırsan özündən soruş
Kölgədək arxanca süründüm hər gün
Mənə inanmırsan özündən soruş
Yar özündən özündən özündən soruş
Məni bu dərdə salan gözündən soruş
Yar özündən özündən özündən soruş
Məni bu dərdə salan gözündən soruş
Gülü reyhanın olum
Gəlib mehmanın olum
Tərk edib getmə məni
Getmə qurbanın olum
Gülü reyhanın olum
Gəlib mehmanın olum
Tərk edib getmə məni
Getmə qurbanın olum
Baxışı yan eləmə
Bağrımı qan eləmə
Baxışı yan eləmə
Bağrımı qan eləmə
Dost düşmən içində
Məni peşman eləmə
Məni peşman eləmə
Dost düşmən içində
Məni peşman eləmə
Məni peşman eləmə
Dərdinin səhraları gəzərəm getmə
Hər işdə mən nazına dözərəm getmə
Dərdinin səhraları gəzərəm getmə
Hər işdə mən nazına dözərəm getmə
Vurğunam sənə boyu sərvinaz
Hanı gözümtək gözlərə naz naz
Vurğunam sənə boyu sərvinaz
Hanı gözümtək gözlərə naz, naz
Mənim ömrümə sən ol bahar, yaz
Səninlə gülüm könlümə naz, naz
Mənim ömrümə sən ol bahar,yaz
Səninlə gülüm qəlbimə naz,naz
Naz, naz a naz,naz
Bu qədər etmə naz
Naz,naz a naz,naz
Mənə gəl etmə naz
Naz,naz a naz,naz
Bu qədər etmə naz
Naz,naz a naz,naz
Mənə gəl etmə naz A naz,naz
Gül bir az,
Gül bir az
Gəl,gəl etmə naz A naz,naz
Gül bir az
Gül bir az
Mənə gəl etmə naz
Naz,naz a naz,naz
Mənə gəl etmə naz
Naz, naz a naz, naz
Bu qədər etmə naz
Gözlədim yolunu hər səhər-axşam
Ala gözlüm
Qalmadı həsrətə, hicrana dözüm
Ala gözlüm
Hər nazına,əzabına dözərəm
Məcnun olub çölün düzü gəzərəm
Görüşəndə baxışlar,baxışlar
Sevən ürəklərimiz alışar
Göydə ulduzlarımız barışar
Sevgililər görüşəndə
Bu yaxınlar, bu uzaqlar məni bezdirdi
yaxınsan,nə uzaqsan
Sənə bir söz demək olmur küsüb eyləyirsən
Elə bir körpə uşaqsan
Amma sən gözləməki
Onla keçən günlər
Yaşanan günlər yaşatsın
Elə küsdürməmisənki təzədən barışım
Sənə könlüm əl uzatsın
Bəs deyirdin ölərəm sənsiz
Dedimki bilmək olmaz əzizim
İndi gördün ki, mən deyəndi
Ölənlə ölmək olmaz əzizim
Bəs deyirdin ölərəm sənsiz
Dedimki bilmək olmaz əzizim
İndi gördünki mən deyəndi
Ölənlə ölməy olmaz əzizim




Damla - Yara
Album Yara
date de sortie
16-08-2020




Attention! N'hésitez pas à laisser des commentaires.