Orkhan Zeynalli - Şəbəkə paroles de chanson

paroles de chanson Şəbəkə - Orkhan Zeynalli



Posttravmatik sindrom, qalıb yaralar hələ
Arzular göydən çağırıb altda yaradar tələ
Nifrətim platonikdi, bıcağım beldən çıxır
Satqın zirvəyə aparır bir neçə yerdən cığır
Antisistem müharibə, tək silah klaviatura,
Itidimi sözdən qılınc, neçə söz baş kəsib de?
AiD qəliz mətn gizli abrevyatura
Görən sayılırmı kişi edən 13 yaşda siftə?
Beynini idarə eliyə bilməyənlər içib yazır
Adam var düz yol astanasında and içib azır
Piyada mədəniyyəti piyadalardan qabaq ölür
Yeraltı dünyada ölülərçün yeraltı keçid qazır
Özü düşdükcə dəyərdən rəqibini gözdən salır
Əliylə qopartdığı başı yerinə diznən salır
Atdığı səhv addımları İlahi qismət sayıb
Tanrıyla müzakirə eliyir duada biznes planı
Bağla gözləri, açıqdı ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdu ədalət bütün dünyada
Bağla gözləri, açıqdı ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdu ədalət bütün dünyada
Krediti bağlamaq üçün bir neçe illik klinik ölüm,
Tükəndikcə qara qızıl başlayır kritik bölüm
Hər şey qonaqçündü dolabda gizli konfet kimi,
Xalqı qanə edir oyunlardan ibarət kiçik ömür,
Şəbəkə məhv etdir bu gün zamanın faydasın
Sevgidən məsləhət verir kinində boğulan biri
Həyat dərsliyi öyrədir yalanın qaydasın
90-lar daha yaxşıdı deyir 2000-də doğulan biri
Şərəf qatında sıfırlanır atılan hər səhv addım
Həqiqət hədəfi şöhrətə dəyişilib bugünkü mediyada
25 il axtardığım mənasın həyatın
Tapdım gözlərində, tapmadım wikipediyada
Günahkar təhsil sistemində baş verən errordu
Xalq yüksək cərəyan üstündə ayağı yaş gəzirsə
Lobal hakimiyyət mənbəyi beyinə yeridilən terrordu
Qatil Allah deyil bəndə təkbirlə baş kəsirsə
Bağla gözləri, açıqdı ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdu ədalət bütün dünyada
Bağla gözləri, açıqdı ürəyimiz
Özünə güvəndi bizim köməyimiz
Günəşi göstər, varsa dünyada
Yoxdu ədalət bütün dünyada



Writer(s): Parviz Promete Isagov


Orkhan Zeynalli - Singles (2009-2015)
Album Singles (2009-2015)
date de sortie
01-12-2014




Attention! N'hésitez pas à laisser des commentaires.