Ulviyya - Salam paroles de chanson

paroles de chanson Salam - Ulviyya



Bu gün mən səni gördüm
Salam vermək istədim
Üzünü yana tutdun
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
Bir vurduğu illəri
Axı, tez unutdun, axı tez?
Beş il ürəyimdə bəslədiyim məhəbbət
Bir salama dəymədi, bir salama dəymədi
Beş ildə gözümüzdən axan o qanlı sellər
Bir salama dəymədi, bir salama
Heç üzümə baxmadan yanımdan necə keçdin
Sən eşqin salamını qorxuyamı dəyişdin
Yoxsa sən öz əhdinə, ilqarına oldun
Axı, tez unutdun, axı tez?
Beş il ürəyimdə bəslədiyim məhəbbət
Bir salama dəymədi, bir salama dəymədi
Beş ildə gözümüzdən axan o qanlı sellər
Bir salama dəymədi, bir salama



Writer(s): Bakhtiyar Vahabzadeh, Ulviyya Rahimova


Ulviyya - Salam - Single
Album Salam - Single
date de sortie
22-07-2022

1 Salam




Attention! N'hésitez pas à laisser des commentaires.