Xatirə İslam - Söz Tapmıram paroles de chanson

paroles de chanson Söz Tapmıram - Xatirə İslam



Qarışır qara
Güvən yox daha insanlara
Yarısı bel bağlamağa
Hazır deyil sirr saxlamağa
Alışır içdə yara
Danışım necə başqalara?
Tutsunlar yenə daşqalağa
Təcili qaçmalı uzaqlara
Axı uzaqlar belə dolub dərd ilə
Möhür var dilə
Dedim fərz elə, mən daha söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Maska bəzilərində idi
İndi isə hamıdadır
Görən, bundan sonra
Hansı problemlər qapıdadır?
Keçən gözəl illərimiz hər biri yadımdadır
Amma indi həvəslənirəm
Sonra da yarım qalır
Canım yanır, hər yananda yadda qalır
Qorumuruq mədəniyyəti
O da yada qalır
Biri girir həyatına elə fağır-fağır
Qadan alım deyir, deyən gedir, qada qalır
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Vallah, daha mən söz tapmıram



Writer(s): şəhriyar Ramazanzadə


Xatirə İslam - Söz Tapmıram
Album Söz Tapmıram
date de sortie
23-08-2022




Attention! N'hésitez pas à laisser des commentaires.