Ədalət Şükürov feat. Qala Qrupu - Sevgi Keçdi paroles de chanson

paroles de chanson Sevgi Keçdi - Ədalət Şükürov feat. Qala Qrupu



Eh, bu gənclər bilmir ki, bir vaxt mənim bir sevgilim vardı
oldu? Bilmirəm, qoruya bilmədim sevgimi...
Vaxt keçdi, məhəbbət məndən uzaqlaşdı
Amma ayrılığın səbəbini indi anlamıram...
Ayaqyalın günlərim yadıma düşdü
Ürəyim bir gözəlin oduna düşdü
Vaxt keçdi, mənim saçıma da dən düşdü
Artıq gecdir, sevgi keçdi
Göyə uçan çərpələngin
Gözlərinə düşər rəngi
Arzu uçar, ümid uçar
Ay aman...
Qorumasaq sevgimizi
Tənha qoyar ikimizi
Səndən qaçar
Məndən qaçar
Qorumasaq sevgimizi
Tənha qoyar ikimizi
Səndən qaçar
Məndən qaçar
Ayaqyalın günlərim yadıma düşdü
Ürəyim bir gözəlin oduna düşdü
Vaxt keçdi, mənim saçıma da dən düşdü
Artıq gecdir, sevgi keçdi
"Gözlə" deyir, "tezdir" yarım
Gözlər deyir: "Vaxtdır canım"
Naz eyləyir
Naz eyləyir
Yarım bilmədi qədrimi
Qəmə salıb ürəyimi
Naz eyləyir
Naz eyləyir
Yarım bilmədi qədrimi
Qəmə salıb ürəyimi
Naz eyləyir
Naz eyləyir
Saçlarımda baxışların
Tək səninəm, mənim yarım
Qəm eyləmə
Qəm eyləmə, ay aman!
Bu gənc yaşda vurulmuşam
Öz sevgimə qul olmuşam
Gözlərimə "gözlə" demə
Bu gənc yaşda vurulmuşam
Öz sevgimə qul olmuşam
Gözlərimə "gözlə" demə
Ayaqyalın günlərim yadıma düşdü
Ürəyim bir gözəlin oduna düşdü
Vaxt keçdi, mənim saçıma da dən düşdü
Artıq gecdir, sevgi keçdi
Ayaqyalın günlərim yadıma düşdü
Ürəyim bir gözəlin oduna düşdü
Vaxt keçdi, mənim saçıma da dən düşdü
Artıq gecdir, sevgi keçdi
Artıq..., sevgi keçdi



Writer(s): Asif Rzayev, Ikram əliyev


Ədalət Şükürov feat. Qala Qrupu - İtirdim
Album İtirdim
date de sortie
15-09-2005



Attention! N'hésitez pas à laisser des commentaires.