Elton Hüseynəliyev - Tələsin insanlar текст песни

Текст песни Tələsin insanlar - Elton Hüseynəliyev



Tələsin insanlar, şadlıq görməyə,
Qəm qüssə görməyə gecikin bir az.
Tələsin insanlar deyib gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.
Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var, qəm var, kədər var,
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var.
Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur,
Siz elə zənn edin planetimiz
Xeyirxahlıq üstə fırlanır, durur
Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə gözəldir deyin.
Səs salın səmaya, suya, torpağa
Bu yola çağırın nəsilləri də,
Tələsin, adamlar əldən tutmağa,
Fəqət ev yixmaqda qalın geridə
olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun
Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib, yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin...




Elton Hüseynəliyev - Azərbaycan
Альбом Azərbaycan
дата релиза
03-04-2018



Внимание! Не стесняйтесь оставлять отзывы.