Noton - Bir Adam Var текст песни

Текст песни Bir Adam Var - Noton



Həyatımı qurmuşam uçurumda
Yıxılıb düşən əlbət bir adam var
Dayanmışam hədəfin bir ucunda
Zirvəyə çatmağa bir addım var
Tək gedirəm bu yolu, yol uzun daha
Məni düşünən əlbət bir adam var
Bir üzüm yazdır, bir üzüm bahar
Səni düşünən əlbət bir adam var
Bir zaman bir mələk varmış
Uçub-uçub göylərə dalmış
Qanadını sındırıb yaradanım
Söküb onun qəlbini almış
Dünyamız bir olsun deyə
Quyuya çoxu qəpik atarmış
Hərənin öz payı öz tayı
Su axıb öz yolunu taparmış
Zəhərli biridir o, sürünə bilir
Yolun yoxdur, ürəyini götür ona
Paltarını dəyişir o gününə birin
Kral edib qoymusunuz başına da tac
Bir bağın içində iki bağban
Qarınları tox, amma gözləri ac
Bağın sahibi baxır eyvandan
Sənin olmayanı yedinsə, gözləmə qaç
Həyatımı qurmuşam uçurumda
Yıxılıb düşən əlbət bir adam var
Dayanmışam hədəfin bir ucunda
Zirvəyə çatmağa bir addım var
Tək gedirəm bu yolu, yol uzun daha
Məni düşünən əlbət bir adam var
Bir üzüm yazdır, bir üzüm bahar
Səni düşünən əlbət bir adam var
Açarı məndədir bu gün cənnətin
Götürmüşəm Adəmdən xəlvəti
Çox istədilər onu, mən vermədim
Gözlədim, gələrsən, amma gəlmədin
Gəlmişdim səni görüm, görmədim
Həyatımdakı yeganə sərvətim
Başqasının ümidini dər, gətir
Hamı dadacaq ayrılıq şərbətini
Üç tərəfim bağlı bir küçədə
Başımın üstündə tək pəncərə
Hara qaçsam da, bilirəm görürsən
Atdığım hər addımı öncədən
Hədəfini iplə bağla, dart aşağı
Yolum ay işığıdır axşam çağı
Bulud gözlərindən yağış yağır
Deyə düşür yollarıma göy qurşağı
Həyatımı qurmuşam uçurumda
Yıxılıb düşən əlbət bir adam var
Dayanmışam hədəfin bir ucunda
Zirvəyə çatmağa bir addım var
Tək gedirəm bu yolu, yol uzun daha
Məni düşünən əlbət bir adam var
Bir üzüm yazdır, bir üzüm bahar
Səni düşünən əlbət bir adam var



Авторы: Elvin Nesirov, Yuzbek Zagirov


Noton - Bir Adam Var
Альбом Bir Adam Var
дата релиза
21-05-2020




Внимание! Не стесняйтесь оставлять отзывы.