Paster - Gəzirəm текст песни

Текст песни Gəzirəm - Paster



Açılıb yeni gün, dünya tələsir,
Fırladır bizi sağa, sola qurur bu həyat bizə pul tələsi
Limanlarda əl izim, gəmilərlə gedəndən sən
Birdə geri gələ bilməyəsən deyə, içirəm mən dənizi
Geynirəm əynimi tez tələsik
Baxıram pəncərədən çölə bayırda külək əsir
Baxıram yaşlılar dirənir, səhv olur yeni nəsil
Baxıram şəhərə, gecələr aparır mənzərəsi
Çəkib dalıram, müalicə həb alıram
Təmirdəyəm,
Heç kimi görmürəm hamıdan uzaqda özümlə danışıb tək qalıram
Yaramı çox sarıdım
Heç kiməm yoxsa adım
Tüpürmüşəm diploma yox savadım
Çox pox püsür görmüşəm, övladıyam çünki 90-ların
Mən zənciri qırdıqca qəlbimdən qıfıllar
Açılır, zirvəyə qalxmıram dahada enirəm zirvədən sıfıra
Şəhərim evim qayıdaraq sevinirəm
Bütün bu bütləri devirirəm
Mənim üçün bir əfsanə yoxdu
Mən tarix oxumuram özümü tarixə çevirirəm
Gəzirəm Gəzirəm Gəzirəm
Çünki hərəkət həyatdı dayansam, öləcəm
Əlimdə heçnə yox, qəlbimdə xəzinə
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, parıldıyıb
Mən'çün radio tv
Mən heç kəsəm? okey, mən milyondan biri
Taxıram qapanıram musiqimi özümə
Dünyamda oxumur Röya, Damla, Miri
Paster Otunu əkər,
çox topuğdan çəkən çirkabın içində hopmur da ləkə
Danışırlar repden, illərdir rep adlı otağda təkəm
Bunun fərqinə vardım, yazdıqca ömrümdən dəqiqələr atdıq
Düşündüyüvü deməsən olar,
Sənin həqiqətin var, ama biz həqiqətdən artıq
Mənim sualımı bilirsən, dua kilsə
Ya məscidə girsəm, soruşursan bu oğlan kimdi?
Mən aşağılardanam, məni yubadır kimsə
Mən qatıram dəlilik, inadına pullara batıracam əlimi
Qəlbinə qapı açıb gəlirik
Albomum yoldadı, tapancam gərilib
-Ləri top edirəm qalsın
Fanları şok edirəm alsın
Şou-biznes o tərəfdə tanısın
Mən heç yerdən gəlmişəm götürəcəm hamısın.
Gəzirəm Gəzirəm Gəzirəm
Çünki hərəkət həyatdı dayansam öləcəm
Əlimdə heçnə yox,qəlbimdə xəzinə
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, sönəcək
Mən göydəyəm ulduz da parıldıyıb, parıldıyıb




Paster - Bina - EP
Альбом Bina - EP
дата релиза
21-05-2020




Внимание! Не стесняйтесь оставлять отзывы.