Qaraqan - Güc Var (Etiraf Otağı 2) текст песни

Текст песни Güc Var (Etiraf Otağı 2) - Qaraqan



Məni bağışla, padre, qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə danışacam sirlərimi ilk dəfə...
İyirmi üç ili geridə qoydum
Neçə səhifə sətirlərimlə doldu
Vərəqlər oldu şeirlər etiraf
Etiraz deyil musiqi, artıq ehtiras
Oldu sevənlər də, oldu tərk edənlər
Oldu çətin sabahlar da, çətin dünənlər
Neçə sərkərdəni itirdik bu yolda
Neçə tanımadığım adam oldu doğma
Çiyin-çiyinə biz qalxdıq bu səhnəyə
Bu pərdələr bildi, nədi düz söz qarğalar
Bu qanadlar, çiyinlər, sətirlər, beyinlər
H.O.S.T-çular, gənclər, həyat tərzi geyimlər
Biz dəyişdik, qədər çatdı gücümüz
Biz bunu bacardıq, bəs nəyi bacardız siz?
Biz çatdırdıq qədər çatdı sözümüz
Yaralandıq, ama çökmədi dizimiz!
Güc var - olsa da yol uzun
Güc var - bərkiyir ruhumuz
Yol tap - azad sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz
Güc var - olsa da yol uzun
Güc var - bərkiyir ruhumuz
Yol tap - azad sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz
İyirmi üç ili geridə qoydum
Neçə günahım, neçə səhvlərim oldu
Padre, həyat oyundu, həyat gülməlidi
Padre, hamı bilir ki, Romeo ölməlidi
Padre, mən dəyişmişəm, artıb qolumda güc
Qələm var əlimdə, mənə lazım deyil ülgüc
Mənə lazım deyil düz nədi, səhv hanı
Mən özüm öz həyatımın rəssamı
Dərs alır hər uduzanda döyüşçü
Yıxılır, durur, yenə yıxılır, sürünür
Zərbələr, hər dəfə ağrılar azalır
Güc alır, hər dəfə yıxıldıqca güc alır
İtir qorxu gözündən, inanır özünə
O artıq dözə bilir, gəlirsə dözülməz
mənə dərs olur çəkdiyim dərdlərim
Mənim həyatım mənim qaralama dəftərim
Güc var - olsa da yol uzun
Güc var - bərkiyir ruhumuz
Yol tap - azad sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz
Güc var - olsa da yol uzun
Güc var - bərkiyir ruhumuz
Yol tap - azad sərhədsiz
Dostlar, qaranlığıma xoş gəldiz




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.