Qaraqan - Həyatın Qanunları текст песни

Текст песни Həyatın Qanunları - Qaraqan



Mənə dedilər rap yaz - rap yazdım
Mənə dedilər hit yaz - hit yazdım
Mənə dedilər dərs oxu - oxudum, beyin qırışlarıma bilik toxudum
Mənə dedilər ver imtahan - verdim
Mənə dedilər diplom al - ala, aldım
Mənə dedilər al təzə geyimlər
Nələr ki, dəbdədi, lazım elə geyinmək
Mənə dedilər pul tap - pul tapdım
Mənə dedilər qız tap - aldatdım
Mənə dedilər məktəb, tələbə, qulluq vətənə, get əsgərliyə
Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər valideynlərim, bir qohumlarım
Mənə dedilər gəl əsgərlikdən
Gəl səni tanış eləyək Ələsgər əmiylə,
Atanın dostu, yerlisi, qohumu
Başda işləməyə - baş üstə, oldu
Mənə dedilər maaş gətir - verdim
Mənə dedilər saçın uzun - kəsdim
Mənə dedilər qonşunun qızı var, bax ona - baxdım, sonra nişanlandım
Mənə dedilər maşın al - Tofaş aldım
Mənə dedilər döymə - başa saldım
Mənə dedilər ev alaq, evləndirək - qızla yatmaq üçün hamını borca saldım
Mənə dedilər toy elə - evləndim
Mənə dedilər döz bala - nervləndim
Mənə dedilər qız ver, ya oğul - beynimə saldım, soxdum, doğdu
Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər valideynlərim, bir qohumlarım
Mənə dedilər pul qazan - qazandım
Dedilər qızıl al - aldım, aldım
Mənə dedilər qızına pul ver,
Oğluna maşın al, evləndir, yola sal
Mənə dedilər qocalırsan - qandım
Mənə dedilər keç otağına - keçdim
Mənə dedilər kəs səsini - kəsdim
Mənə dedilər süz - süzdüm, içdim
Mənə dedilər sat evi, böl pulu
Bu qızına cehiz, bu da ki oğlunun
Mənə dedilər sakit ol, danışma
Sən qoca, bilməzsən səhv nə, doğrudu
Mənə dedilər bax seriala - baxdım
Mənə aldılar təsbeh - fırlatdım
Xəstələndim, dedilər döz - dözdüm
Bezdi həkimlər, dedilər öl - öldüm
Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər valideynlərim, bir qohumlarım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər valideynlərim, bir qohumlarım




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.