Qaraqan - Oyuncaq текст песни

Текст песни Oyuncaq - Qaraqan



Mən daha bir oyuncağı talehin
Alın yazımın qələmi öz əlimdə
Mən sənin şeytanın, sənin mələyin
Sevmək, nifrət eləmək - seçim əlində
Mən yəqin mələkdən çox şeytanam
Salır gözlərim hər kəsi tilsimə
Mən qəfəsindən qaçmış insanam
Mən insanam, mən insanam
Qapılar bağlı, pəncərələr açıq
İstəsək biz burdan bir günə qaçarıq
Atarıq hər şeyi, başlarıq yenidən
Həyat azadlıqdı, deyil ki, türmə
Mən tapmışam göydə taleh ulduzumu
Hər addım atanda mən dinliyirəm onu
Hər tək qalanda, ən çətin anımda
Baxıram mən göyə, ulduzum yanımda
Həyat bir kitab, mən içində hərf səhvi
gəldisə başıma hamısı mənim səhvim
Amma ki, səhvlərimdi məni ayaqda saxlayan
Bir neçə dostdu məni bu həyata bağlayan
Ağlayan hər körpə tapacaq cənnəti
Həyat oyundu, qaydaları belədi
Parçalanır ürəyim, silkələnir dirəyim
Hər dəfə talehim oynadanda məni
Mən daha bir oyuncağı talehin
Alın yazımın qələmi öz əlimdə
Mən sənin şeytanın, sənin mələyin
Sevmək, nifrət eləmək - seçim əlində
Mən yəqin mələkdən çox şeytanam
Salır gözlərim hər kəsi tilsimə
Mən qəfəsindən qaçmış insanam
Mən insanam, mən insanam
Qapılar bağlısa, pəncərəni açar
İstəsə o burdan bir günə qaçar
Ataraq hər şeyi, başlayar yenidən
Həyat azadlıqdı, deyil ki, türmə
O artıq tapıb öz taleh ulduzunu
Hər addım atanda o dinləyir onu
Hər tək qalanda, ən çətin anında
Dinləyir mahnılar, ulduzu yanında
Onun şəkilləri divardan asılı
Necə keçəcək günü mahnılardan asılı
Gizlənir, heç kəs görməsin onu ağlayan
Bir neçə rapdi onu bu həyata bağlayan
O inanır mənə, mən onun yeganə dostu
O heç vaxt razı olmaz kimsə ləkələsin H.O.S.Tu
qədər olsa da, söyüşlər qarğışlar
Onların səsini boğacaq sizin alqışlar
Mən daha bir oyuncağı talehin
Alın yazımın qələmi öz əlimdə
Mən sənin şeytanın, sənin mələyin
Sevmək, nifrət eləmək - seçim əlində
Mən yəqin mələkdən çox şeytanam
Salır gözlərim hər kəsi tilsimə
Mən qəfəsindən qaçmış insanam
Mən insanam, mən insanam




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.