Qaraqan - Sevgi Qonaq Gəlir текст песни

Текст песни Sevgi Qonaq Gəlir - Qaraqan



Səni gördüyüm andan dondu zaman
Səni gördüyüm andan oldum başqa adam
Utanıram hisslərimdən, hisslərimə görə mən hirslənirəm
Sən həyatıma girdin qəfildən xəbərsiz
Hər yoldan keçənə gülürəm mən səbəbsiz
Dostlarım anlamır məni
Kim görür mənə mənə deyir dəli
Bir - Unudursan tarixi saatı
Iki - iPodda sevgi mahnıları artır
üç - Hər kəsi qucaqlamağa hazır
Dörd - Kim deyirsə sən olursan razı
Beş - Ürəyin döyünür yenə sürətlə
Altı - Nəfəs alırsan nəfəs gəlmir
Yeddi - Yuxusuzdusa gecələrim
Bu xəstəliyin bir adı var - Sevgi
Əgər səmada artırsa quşlar
Əgər gül açırsa budaqlar
Əgər sevinirsə insanlar
Deməli geri qayıdır bahar
Əgər yox olursa fəsillər
İsti küləklər əsirsə
Dodaqlar gülür səbəbsiz
Deməli ürəyinə sevgi qonaq gəlir
Mən bilmirəm necə deyim hər şeyi sənə
Deyim sevirəm dəli kimi sevirəm səni
Yuxusuzdu gecələrim, hara baxıram orda sənin əksin
Bil, mənim ürəyim sənin gözlərindən alır güc
Ver mənə əlini ya ver mənə bir ülgüc
Buraxa bilmərəm səni, batıram dənizdə, sən yeganə gəmi
Bir - Ayaqyalın gəzirəm küçələrdə gecələri
Iki - Doğma bütün pəncərələr
üç - Gülürəm, darıxıram, yenidən gülürəm
Dörd - Bir sözlə, səninçün ölürəm
Beş - Səni görəndə dilim tutulur
Altı - Həyat sanki nağıldı, yuxudu
Yeddi - Bütün qorxularım bitdi
Bu xəstəliyin bir adı var - Sevgi
Əgər səmada artırsa quşlar
Əgər gül açırsa budaqlar
Əgər sevinirsə insanlar
Deməli geri qayıdır bahar
Əgər yox olursa fəsillər
İsti küləklər əsirsə
Dodaqlar gülür səbəbsiz
Demək ürəyinə sevgi qonaq gəlir




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.