Qaraqan - Söndür Dünyanı текст песни

Текст песни Söndür Dünyanı - Qaraqan



Yandır iPod'u, söndür dünyanı
Qoy bu gün bizə heç kəs mane olmasın
İcazə ver səni möhkəm qucaqlayım
Qış mahnılarında sənə soyuq olmasın
İcazə ver səni dərinə aparım
Dərinə hoparam, mən sən olaram
yanından keçən o özgə adamlar
Bilmirlər deməkdi mahnıyla yaşamaq
Mahnıya xoş gəldin, birazca darısqaldı
Ama ikimizə bəs edər iki qulaqlıq
Gözlərini yum, hər şeyi unut
Burda tək sən varsan, bir mən varam
Bir piano, başqa bizə lazım?
Axı biz azadlıq axtarırdıq, azadlıq
Rahat ol, keç içəri, sağda yataq otağı
Solda mətbəx, hə, burda da ki, nəqarət
Bu bizim mahnımız, gör necə süzülür ruhumuza bu səslər
Sözüm bitməyəcək dolmamış dünyadakı son dəftər
Həyat qəribədir, mən lap qəribəyəm
Hələ talehdən istədiyimi tam bilmirəm
Pul, ev, ailə, iş, maşın
Ya da rəqs eliyim altında yağışın
Burdan qaçmaq lazımdı çantaya toplayıb bir neçə xatirə
Burdan qaçmaq lazımdı, səbəbləri, nəticələri qus
Mənim üçün Bakının ikinci adı qış
Bu şəhər məni dəyişir, qanadlarımı qırır, adiləşdirir
Bahalı vitrinlər salır öz tələsinə
Yarı yolda atanlar öldürür həvəsimi
sonda anlayırsan, hamı atıb gedəndə
Qalanda tək, qəlb tüpürəndə, ağrılar
Ən sonda anlayırsan, hamı atıb gedəcək
Qalacaq bir neçə megabyte mahnılar
Bu bizim mahnımız, gör necə süzülür ruhumuza bu səslər
Sözüm bitməyəcək dolmamış dünyadakı son dəftər
Yandır iPod'u, söndür dünyanı...




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.