Qaraqan - İşıq текст песни

Текст песни İşıq - Qaraqan



Həyat rəngli şəkillər dəbdən ibarətdir,
Həyat bahalı geyimlər bəxtdən ibarətdir.
Həyat qumar oyunu, taleh bircə zərdən ibarətdir.
Oyunun qaydaları hər dəfə yeni şərtdən ibarətdir.
Həyat işıqlı vitrinlər, reklamdan ibarətdir.
Həyat siyasətdən, neftdən qandan ibarətdir.
Həyat maskalar, komediya dramdan ibarətdir.
Həyat kimlər üçünsə yalnız Qaraqandan ibarətdir!
Həyat sevgidən, ayrılıq, qəmdən ibarətdir.
Varlı çobanlar üçün qolf çəməndən ibarətdir.
Həyat hər kəs üçün bir neçə bənddən ibarətdir.
Mənim həyatım mənim üçün məndən ibarətdir!
Həyal düzəlir şişirdilmiş gözəl cümlələrdən.
Mən sənin güzgünəm səni göstərirəm cümlələrnən!
Mən oynuyuram tanqo həyasız səhifələrlə.
Mən oynuyuram tanqo abırsız sətirlərlə!
Donacaq zaman bütün suallar cavabın tapacaq son dəqiqələr.
Çıxacaq yaradan üzə, bəyaz işığa bürünəcək zülmət gecələr.
Həyat yaxşı seks, feym puldan ibarətdir.
Həyat bir neçə padşah quldan ibarətdir.
Həyat futbol oyunu - kimə maraqlı maraqsız.
Mənim həyatım bu oyunda ancaq qoldan ibarətdir!
Həyat kimin üçünsə Cola Lay's'dan ibarətdir!
Həyat ibarətdir Range'dən Rover'dən.
Kimin həyatı startda, kiminki game over'də.
Həyat ibarətdir gettolar küçələrdən.
Həyat ibarətdir villalar adalardan.
qədər ki, sən məni orda pisliyirsən
Mən dincəlirəm hansısa uzaq isti adalarda!
Mənə həyat öyrədib həyasız cəld olmağı!
Xoşbəxt olmaq üçün bacarmalısan kiməsə dərd olmağı!
Çatanda zirvəyə bəlkə gördüm Allahı!
Həyatım trecklərim, trecklərim ibadətdir!
Donacaq zaman bütün suallar cavabın tapacaq son dəqiqələr.
Çıxacaq yaradan üzə, bəyaz işığa bürünəcək zülmət gecələr.




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы



Внимание! Не стесняйтесь оставлять отзывы.