Sövkət Ələkbərova - Sədaqət текст песни

Текст песни Sədaqət - Sövkət Ələkbərova



Ey insanlar, ey insanlar
Həyatı gəlin sevək
Dünya olsun başdan-başa
Al şəfəq, nəğmə, çiçək
Xoş sözümüz, saf andımız
Dolaşsın diyar-diyar
Sədaqətdən, məhəbbətdən
Dünyada gözəl var?!
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlinizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Qoca dağlar, uca dağlar
Şirin sulu bulaqlar
Yaşıl meşə, çiçəkli düz
Könlümdə yuva bağlar
İnsanların övladıyam
İnsanların dostuyam
Qarlı qışda günəş ollam
Qızmar gündə - saf suyam
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlinizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqət, sədaqət



Авторы: əjdər Ağayev, Mehriban əhmədova


Sövkət Ələkbərova - İfalar, Vol. 8
Альбом İfalar, Vol. 8
дата релиза
17-08-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.