Talib Tale - Həyat текст песни

Текст песни Həyat - Talib Tale



Acılarınla, şirinlərinlə
Həyatıma düşən dərin izlərinlə
Gəncliyimə elə bir məna qoydun
Mən əsl sevgini yaşadım səninlə
Dedilər ki, məndən yaman incimisən,
Məndən söz düşüncə adın çəkməyin demisən
Özünü toxtayıb qürurla gülmüsən
Amma göz yaşını gizlədə bilməmisən.
Necəsən sevgilim, dərdinlə mənsiz?
Mən isə savaşıram həsrətinlə sənsiz.
Soruşurlar bizdən ayrıldınızmı siz?
Göz yaşları olmur səbəbsiz nədəndir?
Unutdum bir ara, sandın sonu bura,
Günlərim al-əlvan, olsa da qanım qara.
Dərdin qəlbimə yük, məni yora-yora
Bu gedişin sonu bilmirəm gedir hara.
Acılarınla, şirinlərinlə
Həyatıma düşən dərin izlərinlə
Gəncliyimə elə bir məna qoydun
Mən əsil sevgini yaşadım səninlə
X 2
Dedilər ki, mənsiz xoş keçir günlərin,
Dəlicə şənsən amma gülmür gözlərin.
Mən xəstə haldayam, varmı heç xəbərin?
Bu sevgimiz niyə oldu ki, belə dərin.
O keçmiş günlərin ləzzəti bir xəta
Necə küskün qoyub indi bizi həyata?
Hər günüm fikirli gecə bilməm yata
Kefsiz kefimdəyəm başımı qata-qata.
Unutdum bir ara, sandın sonu bura,
Günlərim al-əlvan, olsa da qanım qara.
Dərdin qəlbimə yük, məni yora-yora
Bu gedişin sonu bilmirəm gedir hara.
Acılarınla, şirinlərinlə
Həyatıma düşən dərin izlərinlə
Gəncliyimə elə bir məna qoydun
Mən əsl sevgini yaşadım səninlə
Acılarınla, şirinlərinlə
Həyatıma düşən dərin izlərinlə
Gəncliyimə elə bir məna qoydun
Mən əsl sevgini yaşadım səninlə




Talib Tale - Həyat
Альбом Həyat
дата релиза
18-11-2019

1 Həyat




Внимание! Не стесняйтесь оставлять отзывы.