Tomris feat. PRoMete - Get-Gəl Oyunu (feat. PRoMete) текст песни

Текст песни Get-Gəl Oyunu (feat. PRoMete) - Tomris feat. PRoMete



Bizi ayırdı ağ-göy təyyarə
Səni apardı məndən uzağa
Qalxıb buludlardan yuxarı
Məni döndərdin kövrək uşağa
Bilsəm belə geri gələcəksən
Saxlaya bilmirəm yaşları gözümdə
Enib o tərəfdə zəng edəcəksən
"Güclü ol!" Güc tapmıram özümdə
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Qəm içindəyəm
Gəl xilas elə
Sən mənim üçün
Hər kəsdən öndəsən
Dön geriyə gəl, gəl
Sar belimi sar, sar
Hər bir saniyə
(Sənsiz dəli azar)
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Dəyişirəm ölkələri mən geyimtək
Hər dəfə yenisini çətin geyinmək
Uçuram, açaraq yeni üfüqlər
Gedirəm, itirsən yenə üfüqdən
Səsləyir uzaqlar, ürəyim yanında
Tək sənsən gecələr yuxularımda
Sənin yanın - mənim evim, ocağım
Gözlə, bu gün gəlirəm buraxıb uzağı
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Bax gözlərimə, içi-içi-içinə
Bax gözlərimə, içi-içi-içinə



Авторы: Pərviz Isaqov


Tomris feat. PRoMete - Get-Gəl Oyunu (feat. PRoMete) - Single
Альбом Get-Gəl Oyunu (feat. PRoMete) - Single
дата релиза
24-06-2021



Внимание! Не стесняйтесь оставлять отзывы.