Vüqar Əbdülov - Can Bakı текст песни

Текст песни Can Bakı - Vüqar Əbdülov



Gecələri par-par yanır gur işıqlar
Təsəvvür etmək olmur, danışıllar
Cazibədar, füsunkar yaraşıllar
Hüsnünə cənnət deməyim, neyləyim?
Axı səni mən çox sevirəm, can Bakı
Axı səni mən çox sevirəm, can Bakı
Bakıda görülmüş işlərin hər biri
Yüz illər nişanı "Bibiheybət" pirin
Əsaslı bərpa gözəl təmirin
Tarixə hörmət deməyim, neyləyim?
Doğma, müqəddəs, əziz ünvan Bakı
Axı səni mən çox sevirəm, can Bakı
Yollar boyunca hörülən hörgülər
Hərəkət üçün yolötürücü körpülər
Bu inşa hansı qiymətlə ölçülər?
Bax buna ziynət deməyim, edim?
Olur görənlər sənə heyran, Bakı
Axı səni mən çox sevirəm, can Bakı
"İçərişəhər" tarixi yaddaş kimi
"Qız qalası" qızıl üzüyün qaşı kimi
Altı qara qızıl, üzü göz yaşı kimi
Xəzərinə sərvət deməyim, neyləyim?
Hər tərəfi park xiyaban Bakı
Axı səni mən çox sevirəm, can Bakı
Səndə həyat var, canımızsan bizim
Mənzilimiz, ünvanımızsan bizim
Ad-sanımızsan, şanımızsan bizim
Mən buna hörmət deməyim, neyləyim?
Adın düşüb dillərə dastan, Bakı
Axı səni mən çox sevirəm, can Bakı
Bu millətə, bu xalqa, bu dövlətə
İnkişafımızda olan sürətə
Bəhrəsini verən bu böyük zəhmətə
Müvəffəqiyyət deməyim, neyləyim?
Canım-gözümsən, sənə qurban, Bakı
Axı səni mən çox sevirəm, can Bakı
Axı səni mən çox sevirəm, can Bakı
Sənə qurban, Bakı
Canım-gözümsən, sənə qurban, Bakı
Sənə qurban, Bakı



Авторы: Vüqar əbdülov


Vüqar Əbdülov - Vüqar Əbdülov, Vol. 1
Альбом Vüqar Əbdülov, Vol. 1
дата релиза
28-03-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.