Songtexte Ey Vətən - Akif İslamzadə
Nəğmə dolu bir ürəyəm
Torpağına baş əyərəm
Ey Vətən!
Meşələrin çətirlidir
Gül-çiçəyin ətirlidir
Ey Vətən!
Ey Vətən!
Çəməninə qonan şehdən
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən!
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən!
Tarixlərdə adın ulu
Ağ günlərin nəğmə dolu
Ey Vətən!
Bir anasan məhəbbətli
Gözəllərin sədaqətli
Ey Vətən!
Ey Vətən!
Çəməninə qonan şehdən
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən!
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən!
Çəməninə qonan şehdən
Dağlarında əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən!
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən!

Attention! Feel free to leave feedback.