Ali Ashikar - İlişmişəm Keçmişimdə Songtexte

Songtexte İlişmişəm Keçmişimdə - Ali Ashikar




İlişmişəm keçmişimdə
Bir yerə çatmaqçün, anladım ki, heçmiş illər
Hər anı dolu yaşamaq üçün, bəlkə də, zamanım az
Bilmirəm, sağ qalacam, ya öləcəm mən yetmişimdə
Ömürdən ömür gedir, bilinmir heç qədir-dəyər
Sevgini azaltmışam çox sevəndə gedir deyə
Hər şeyi at qırağa, küsmə mənlə, qədrimi bil
Özün çəkmə əzab, görsən əgər, qəbirdəyəm
Həyatdan aldığım həzz almadığımla eynidir sonunda
Getmir heç yolunda
Zəif-güclü fərqi yoxdur, həyat sanki qumardır
Ən güclü olduğun halda atılmaqdır oyundan
Çəkilməkdir yolundan bu məhəbbətin
Ailənə bir söz demədən tərk eləmək məmləkəti
Yox idi səhvim, inan, sevmək idi qəbahətim
Bağışla, varsa bir az mərhəmətin
Bir dənizdə ilana sarılmaqdır həyat
Doğru sanıb sonra yanılmaqdır həyat
Boş limanda tənha yorulmaqdır həyat
Evə gedib anana sarılmaqdır həyat
Bir dənizdə ilana sarılmaqdır həyat
Doğru sanıb sonra yanılmaqdır həyat
Boş limanda tənha yorulmaqdır həyat
Evə gedib anana sarılmaqdır həyat
Səninçün yazdığım bu mahnılar bax özgələrinə ümid olur
Dilim susardı, bəlkə onda bağlasaydı kilid onu
Ürəyin zindanında tapılmışdı igid ölü
Sən, soruşsalar, deyərsən ki, mənə görə şəhid olub
sevdiyim qədər sevilmədim, bu, ən birinci dərs
Sevdiyim ən çox gözündür, ikinci səs
Elə getdin, görmədim ikinci kəs
Üzdüm əlimi hər şeydən, çün üçüncü bəs
Əbəs gedirdi illərim, bu yol sonunda dinlənib düşündüm
Hisslərimiz bəlkə burada kirlənib
Zəhərlənib bütün bədən mən qocalmışam
Heyif ki, cavanlığım badına getdi kimlərin
çox yorulmuşam, inan ki, əməklərimin hamısı boşa
Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa
Ashikaram, düşməmişdi zərimə qoşa
Qayalara çırpınan dəniz gözlərinlə kaş qovuşa
Bir dənizdə ilana sarılmaqdır həyat
Doğru sanıb sonra yanılmaqdır həyat
Boş limanda tənha yorulmaqdır həyat
Evə gedib anana sarılmaqdır həyat
Bir dənizdə ilana sarılmaqdır həyat
Doğru sanıb sonra yanılmaqdır həyat
Boş limanda tənha yorulmaqdır həyat
Evə gedib anana sarılmaqdır həyat




Attention! Feel free to leave feedback.