Aygün Kazımova - İtkin Gəlin Songtexte

Songtexte İtkin Gəlin - Aygün Kazımova




Ölüm bu dünyanın o üzündədir
Bu üzü dünyanın güldür, çiçəkdir
Ölüm bu dünyanın o üzündədir
Bu üzü dünyanın güldür, çiçəkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Məhəbbət əbədi ömür deməkdir
Sızlama ürəyim, sən dözümlü ol
Bu dünya həm acı, həm şirindir
Bir gözlə sən ağla, bir gözünlə gül
Bu dünya əzabına dözənlərindir
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Ömrümü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Ömrümü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Xəyanət əliylə güllələnibdir
Sızlama ürəyim, sən dözümlü ol
Bu dünya həm acı, həm şirindir
Bir gözlə sən ağla, bir gözünlə gül
Bu dünya əzabına dözənlərindir
Bu dünya əzabına dözənlərindir
Dözənlərindir... dözənlərindir...




Aygün Kazımova - Ömrüm - Günüm
Album Ömrüm - Günüm
Veröffentlichungsdatum
26-01-1997




Attention! Feel free to leave feedback.
//}