Aşıq Samirə - Gözələ Songtexte

Songtexte Gözələ - Aşıq Samirə




Canımı qurban eylərəm, bir belə tərlan gözələ
Hal bilən, şirin gülən, dosta mehriban gözələ
Boy uca, gərdən mina, zülfü pərişan gözələ
Dolanır mürği-ruhum, olubdu mehman gözələ
Xəstəyəm, yalvarıram həkimi-Loğman gözələ
Həkimi-Loğman gözələ
Xəstəyəm, yalvarıram həkimi-Loğman gözələ
Həkimi-Loğman gözələ
Gözəl xanım cilvələnib gözəllərin xası kimi
Görəni Məcnun eyləyir Leylinin sevdası kimi
Ala gözlər şölə saçır göyün sürəyyası kimi
Çəpkəni hər rəng çalır peyğəmbər xirqası kimi
Baratdı behişdən gəlib, geydirib qılman gözələ
Geydirib qılman gözələ
Baratdı behişdən gəlib, geydirib qılman gözələ
Geydirib qılman gözələ
Fələkdən gileyliyəm mənə günü qara verib
Fələkdən gileyliyəm mənə günü qara verib
Mömini zəlil eyləyib, suri günahkara verib
Tərlanı sara yazıb, tər qönçəni xara verib
Ələsgəri Məcnun edib, meylini dağlara verib
Tərk eyləyib ibadəti, bağlayır dastan gözələ
Bağlayır dastan gözələ
Tərk eyləyib ibadəti, bağlayır dastan gözələ
Bağlayır dastan gözələ
Bağlayır dastan gözələ
Bağlayır dastan gözələ
Bağlayır dastan gözələ
Bağlayır dastan gözələ



Autor(en): Aşıq ələsgər, Saz Havasi



Attention! Feel free to leave feedback.