Eldar Mansurov - Nə Vaxta Qalacaq Songtexte

Songtexte Nə Vaxta Qalacaq - Eldar Mansurov feat. Almaz Ələsgərova




Bir çətin sevdaya düçar olmuşam
Kəsilib taqətim, naçar olmuşam
Çoxalıb hicranlı, həsrətli çağım
Suala dönübdür aranım, dağım
vaxta bəs qalsın kama çatmağım?
Qızılı telləri sevəndən bəri
Oldum uşaq sayaq, yalqız, sərsəri
Səni yandırmadı mənim yanmağım
Bəs necə alışsın sevgi çırağım?
vaxta bəs qalsın kama çatmağım?
Mən dedim, yaşadar məhəbbət ilə
Qaldırar göylərə səadət ilə
Bəs hanı? Pozulur şirin növrağım
Haçandır, haçandır xoşbəxt olmağım?
vaxta bəs qalsın kama çatmağım?
Qızılı telləri sevəndən bəri
Oldum uşaq sayaq, yalqız, sərsəri
Səni yandırmadı mənim yanmağım
Bəs necə alışsın sevgi çırağım?
vaxta bəs qalsın kama çatmağım?
Qızılı telləri sevəndən bəri
Oldum uşaq sayaq, yalqız, sərsəri
Səni yandırmadı mənim yanmağım
Bəs necə alışsın sevgi çırağım?
vaxta bəs qalsın kama çatmağım?



Autor(en): Eldar Mansurov, Sona Məmmədbəyli


Attention! Feel free to leave feedback.