Eldar Mansurov feat. Yalçın Rzazadə - Nəyimə Gərək Songtexte

Songtexte Nəyimə Gərək - Eldar Mansurov feat. Gülaga Məmmədov




Məhəbbət yaranıb həsrətlə qoşa
Mən elə bilirdim, görüşərik biz
Qopub tənhalığın buz dünyasından
Hicran qapısını qırar sevgimiz
Qopub tənhalığın buz dünyasından
Hicran qapısını qırar sevgimiz
Səni soraqlayır sevdalı anlar
Sevgi həsrəti ilə döyünür ürək
Dünya sevincdədir, könlüm ümiddə
Verdiyin qəm-qüssə nəyimə gərək?
Ötən günlər üçün çox darıxmışam
Onlar itib gedib bu yer üzündən
Görüş yerimizə gəlib hər axşam
Təskinlik tapıram sənin izindən
Görüş yerimizə gəlib hər axşam
Təskinlik tapıram sənin izindən
Ömrümün sevdalı bahar çağında
Səni arzulayır hər arzu-dilək
Son qoy bu hicrana, bu ayrılığa
Sənsiz ötən günlər nəyimə gərək?



Autor(en): Eldar Mansurov, Ismayıl Dadaşov


Eldar Mansurov feat. Yalçın Rzazadə - Eldar Mansurovun Mahnıları
Album Eldar Mansurovun Mahnıları
Veröffentlichungsdatum
25-02-2021



Attention! Feel free to leave feedback.