Eldar Mansurov - Sənsizlik Songtexte

Songtexte Sənsizlik - Eldar Mansurov feat. Nisə Qasımova




Səninlə gəzdiyim küçələrdəyəm
Hayıf ki, küçələr sənsiz qalıbdır
Sənli günlərimdir, yaşadır məni
Sənsizlik mənim üçün bir dərd olubdur
Yatıram, yuxuma gəlirsən mənim
Dururam, canımı alırsan mənim
Yaxşı ki, dərdimi bilirsən mənim
Sevdiyim güllər sənsiz solubdur
Yatıram, yuxuma gəlirsən mənim
Dururam, canımı alırsan mənim
Yaxşı ki, dərdimi bilirsən mənim
Sevdiyim güllər sənsiz solubdur
Gözlərim yol çəkir, gözləyir səni
Hər gecə, hər gündüz izləyir səni
Sevdalı bu könlüm səsləyir səni
Görürsən, qəlbim dilə gəlibdir
Yatıram, yuxuma gəlirsən mənim
Dururam, canımı alırsan mənim
Yaxşı ki, dərdimi bilirsən mənim
Sevdiyim güllər sənsiz solubdur
Yatıram, yuxuma gəlirsən mənim
Dururam, canımı alırsan mənim
Yaxşı ki, dərdimi bilirsən mənim
Sevdiyim güllər sənsiz solubdur
Səninlə gəzdiyim küçələr susub
Ağaclar, yarpaqlar, çiçəklər küsüb
Sənsizlik tufanı ruhumda əsib
Göylərin gözü sənsiz dolubdur
Səninlə gəzdiyim küçələr susub
Ağaclar, yarpaqlar, çiçəklər küsüb
Sənsizlik tufanı ruhumda əsib
Göylərin gözü sənsiz dolubdur
Göylərin gözü sənsiz dolubdur
Göylərin gözü sənsiz dolubdur



Autor(en): Eldar Mansurov, Piruz Dilənçi



Attention! Feel free to leave feedback.