Elnarə Xəlilova - Ömrüm Günüm Songtexte

Songtexte Ömrüm Günüm - Elnarə Xəlilova




Mənim ömrüm, günüm sizindir sevgi
Yoxsa bir gün sönər talehim mənim
Eşqimdən doymayar heç zaman ürək
Öz vaxtını gözləyir hələ min dilək
Düz ilqar olanda məhəbbət gülər
Səadətin yolunda sirli sevgilər
Xoş günlərim sizinlə keçir bəxtəvər
Girə bilməz qapıdan qəm, kədər
Bir ünvanı tanıyır sevdalı izlər
Məni hər zaman gözləyər mehriban gözlər
Eşqimdən doymayar heç zaman ürək
Öz vaxtını gözləyir hələ min dilək
Düz ilqar olanda məhəbbət gülər
Səadətin yolunda sirli sevgilər
Ömrün bəzəyi, onun gül nəfəsi
Gəlsin hər evdən gülüş, uşaq səsi
Arzuya çatsın kaş ki sevənlər
Hamıya çatsın sevinc dolu günlər
Eşqimdən doymayar heç zaman ürək
Öz vaxtını gözləyir hələ min dilək
Düz ilqar olanda məhəbbət gülər
Səadətin yolunda sirli sevgilər
Mənim ömrüm, günüm sizin hər an



Autor(en): Alxanlı Alxanlı, Ismayıl Dadaşov


Attention! Feel free to leave feedback.