Gülay Zeynallı - Sən Songtexte

Songtexte Sən - Gülay Zeynallı




Yoxdur bir bənzərin, yoxdur bir tənin
Sən mənim arzumda, diləyimdəsən
Köksümün sol yanı evindir sənin
Mənim qəlbimdəsən, ürəyimdəsən
Ruhuma qidadır ətrin, nəfəsin
Sənsən həyat eşqim, sənsən həvəsim
Gözümdə bu dünya çox gözəlləşir
Elə ki yanımda duyulur səsin
Sənin toxunuşun - Günəş istisi
Üşüyən ruhumun hərarətisən
Zümzümə etdiyim dodaqlarımda
Səslənən mahnının nəqəratısan
Sənin toxunuşun - Günəş istisi
Üşüyən ruhumun hərarətisən
Zümzümə etdiyim dodaqlarımda
Səslənən mahnının nəqəratısan
Zümzümə etdiyim dodaqlarımda
Səslənən mahnının nəqəratısan
Ruhuma qidadır ətrin, nəfəsin
Sənsən həyat eşqim, sənsən həvəsim
Gözümdə bu dünya çox gözəlləşir
Elə ki yanımda duyulur səsin
Sənin toxunuşun - Günəş istisi
Üşüyən ruhumun hərarətisən
Zümzümə etdiyim dodaqlarımda
Səslənən mahnının nəqəratısan
Sənin toxunuşun - Günəş istisi
Üşüyən ruhumun hərarətisən
Zümzümə etdiyim dodaqlarımda
Səslənən mahnının nəqəratısan
Zümzümə etdiyim dodaqlarımda
Səslənən mahnının nəqəratısan



Autor(en): Ferid Kerimli, Tural Xani


Gülay Zeynallı - İfalar, Vol. 1
Album İfalar, Vol. 1
Veröffentlichungsdatum
18-01-2023




Attention! Feel free to leave feedback.