Gülyanaq Məmmədova - Deyə Bilmədim Songtexte

Songtexte Deyə Bilmədim - Gülyanaq Məmmədova




Min dəfə qəlbimdə, - "Sevirəm", - dedim
Üzünə bir dəfə deyə bilmədim
Min dəfə gözünün hədəfi idim
Bir dəfə qəlbimi duya bilmədin
Həyatda eşqimi aça bilmədim
Bu, mənim günahım, qəbahətimdir
Eşqdə bu, nazdır, duyarsan, dedim
Hicrinə yanmağım mükafatımdır
O vaxt gizli sənə demədiyimi
İndi isə ellərə car çəkirəm mən
Qaytar o günləri günahkar kimi
Məhəbbət binasını quraq yenidən
Həyatda eşqimi aça bilmədim
Bu, mənim günahım, qəbahətimdir
Eşqdə bu, nazdır, duyarsan, dedim
Hicrinə yanmağım mükafatımdır





Attention! Feel free to leave feedback.