Hacı Nazim - Ramazan Songtexte

Songtexte Ramazan - Hacı Nazim




Zəm-zəm bulağından alıb dəstəmaz
Açıb əllərimi qibləyə doğru
Sidq ilə, Allahım, qılıram namaz
Dilimdə dualar, qəlbimdə arzu
Şükür eylə Allaha, veribdir imkan
Bu ayda nəfsinlə edəsən üsyan
Keçsin günahımdan böyük yaradan
Sənin xatirinə, mahi Ramazan
Keçsin günahımdan böyük yaradan
Sənin xatirinə, mahi Ramazan
Elə gözəl aydır mahi Ramazan
Göylərdən yerlərə mərhəmət yağar
Məhz bu ayda doğulub şahi Ramazan
Adı ilə ay batar, günəş doğar
Şükür eylə Allaha, veribdir imkan
Bu ayda nəfsinlə edəsən üsyan
Bu ayda göylərdən enibdir Quran
Sənin xatirinə, şahi Ramazan
Keçsin günahımdan böyük yaradan
Sənin xatirinə, mahi Ramazan
Məzlumlar pənahı, əfv eylə günahı
Hər mahi Ramazanda
Şeytanı rəzil et, ehsanı qəbul et
Hər mahi Ramazanda



Autor(en): Tunar Rəhmanoğlu, Vüqar əbdülov



Attention! Feel free to leave feedback.