Songtexte




Boşalır ürəyin, dolur gözlərin
Gecikmiş zamanı lənətləyirsən
Dolaşıb dilində qalır sözlərin
Özün bilmirsən, istəyirsən
Aça da bilmirik sirri heç kimə
Elə gizli-gizli alışırıq biz
Bəlkə də, bir doğru sevgi eşqinə
Min yalan uydurub danışırıq biz
Dəlitək daş atdıq bu sakit gölə
O daşı geriyə qaytarmaq olmur
Bizim yalanımız yeriyir hələ
Elə yeriyir ki, izi qalmır
Aça da bilmirik sirri heç kimə
Elə gizli-gizli alışırıq biz
Bəlkə də, bir doğru sevgi eşqinə
Min yalan uydurub danışırıq biz
Danışırıq biz
Danışırıq biz... Hey
Danışırıq biz
Danışırıq biz





Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen