Mc B.u.S - Yamaq (feat. A4) Songtexte

Songtexte Yamaq (feat. A4) - Mc B.u.S




Gözün görürsə hər şeyi
Amma danışa bilmirsə dilin
Demək ki, layiqsən olduğun yerə
Demək ki, layiqsən ora
Dövrün şairiyəm, küçələrdən yazan kəsəm
Doğru danışıramsa, sözümü ancaq Azan kəsər
Dilimin sərtliyini, sözümün kəsərliyini
Qələmimin itiliyini, istəyərsə, yazan kəsər
Boş-boş fikirlərlə keçirdirik hər saatı
Bir boğaz çörək üçün gecə-gündüz tər, su axır
Elə bir gündəyik ki, heç bir şeyə vaxt çatmır
Tanrıya əl qalxır, insana əl çatmır
Dövran elə gəlib ki, kin-nifrət dibə dirənib
Bəzən hər bir şeyi rədd eləyib, yazmalısan
Əvvəl ölülər susub, dirilər danışardı
İndi ölmək üçün danış, yaşamağa susmalısan
Ekranda həyasız, Tv-ə çıxan heç kim
Doğru danışa bilmir, amma qeybət bilir
Məktəbdə şagirdin təhsil alması üçün indi
Qiymət vermir müəllim, qiymət deyir
Baş o qədər qarışıb ki, kim harada, kim neynəyir
Sosialda şərh yazırıq axmaq kimi
Bir az yaltaq kimi, bir az da qorxaq kimi
O qədər saxtayıq ki, çökmüş yola yamaq kimi
Gözün görürsə hər şeyi
Amma danışa bilmirsə dilin
Demək ki, layiqsən olduğun yerə
Demək ki, layiqsən ora
Biz "gangster" deyilik, qatilik, qətl edirik qələmlə
Hamının qisməti eyni, başda sonda bələnmək
Vaxtı öldürmək istəyirik, hamımızın çıxır axırına
Kim gözləyir o tərəfi, kim xoşbəxt buranın çaxırına
Nəvələrə deyəcəyik, oğru bağırar, doğru qaçardı
Nədənsə yaxşı işləri filankəsin oğlu bacardı
Sözünə öyrəşib qulaq, bu, qorxu saçardı
Hər qıfılı açan açar yaxşı deyil, oğru açardır
Hər gün bəhsəbəhs, qonşudan qalma dala
Təzə "iPhone" çıxdı, görən, kreditə harada var a?
Dosta da var badalaq, uşaqlıqdan arvad alaq
Sözün eşidən özünə deyəcək, qadına qara
Həyat bir film bax, kimimiz ağ, kimi ayaqaltı kilim da
Yenə giriftar isək bu günümüzə, günahı, denən, kimindir ha
Düzəldəkmi bunu, ya ölək yamaq kimi ha?
Gözün görürsə hər şeyi
Amma danışa bilmirsə dilin
Demək ki, layiqsən olduğun yerə
Demək ki, layiqsən ora



Autor(en): Orkhan Tagiyev, Baba Suleymanli, Bagir Babayev


Mc B.u.S - Yamaq
Album Yamaq
Veröffentlichungsdatum
07-06-2024




Attention! Feel free to leave feedback.