Mirzə Babayev - Sənə Də Qalmaz Songtexte

Songtexte Sənə Də Qalmaz - Mirzə Babayev




Könlüm sənin əsirin, qəlbim sənindir
Yar, qəlbim sənindir
İnsaf eylə, xoş sözlə məni gəl, dindir
Yar, məni gəl, dindir
Söylə, nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik, sənə qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan vəfasız
Söylə, nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik, sənə qalmaz
Dağlar başı dumandır, aman Allah
Yar, yenə dumandır
Ayrılığın ölümdən mənə yamandır
Yar, mənə yamandır
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan vəfasız
Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün bu gözəllik, sənə qalmaz
Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Vallah, ay qız, bu gözəllik sənə qalmaz



Autor(en): Rəsul Rza, Tofiq Quliyev


Mirzə Babayev - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
Veröffentlichungsdatum
12-09-2023




Attention! Feel free to leave feedback.