Nadir Qafarzadə - Kim Uduzdu Kim Uddu Songtexte

Songtexte Kim Uduzdu Kim Uddu - Nadir Qafarzadə




Səndən mənə bir ömürlük xatirə
Məndən sənə nə qalacaq, bilmirəm
Səndən mənə bir ömürlük xatirə
Məndən sənə nə qalacaq, bilmirəm
Çətin bir də daş üstə daş bitirəm
Niyə uçdu bu qalacıq, bilmirəm
Çətin bir də daş üstə daş bitirəm
Niyə uçdu bu qalacıq, bilmirəm
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Ay, bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Mən Arazam, səsim tutqun Arazdı
Ha çağırdım, ha yüyürdüm, ha yazdım
Mən Arazam, səsim tutqun Arazdı
Ha çağırdım, ha yüyürdüm, ha yazdım
İndi artıq qaynar təbim ayazdı
İsinərmi bu od-ocaq bilmirəm
İndi artıq qaynar təbim ayazdı
İsinərmi bu od-ocaq bilmirəm
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Günlər mənə gün yazmağı unutdu
Gülüm, günün güllərimi qurutdu
Ay, bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm
Ay, bu sevgidə kim uduzdu, kim uddu?
Peşimanı kim olacaq, bilmirəm



Autor(en): Məmməd Araz, Razim Pasayev


Nadir Qafarzadə - İfaları, Vol. 2
Album İfaları, Vol. 2
Veröffentlichungsdatum
16-02-2022




Attention! Feel free to leave feedback.